Cənubi Koreya ABŞ-dan təlimləri Olimpiada ilə əlaqədar təxirə salmağı xahiş edibbackend

Cənubi Koreya ABŞ-dan təlimləri Olimpiada ilə əlaqədar təxirə salmağı xahiş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”-a istinadən xəbər verir ki, mənbələr söhbətin illik \”Foal Eagle\” və fevral-aprel aylarında keçirilən \”Key Resolve\” təlimlərindən getdiyini bildirir.

Seul təlimlərin martın 9-18-də keçiriləcək Paralimpiya Oyunlarından sonraya təxirə salınmasını istəyir. Mənbələrin bildirdiyinə görə, ABŞ, çox güman, təklifi qəbul edəcək.

Cənubi Koreyanın Müdafiə Nazirliyi hələlik qərarın qəbul edilmədiyini söyləyib. ABŞ-ın Sakit Okean Donanması komandanlığının nümayəndəsi Devid Benhem Seul və Vaşinqtonun təlimlər mövzusunda gələcək addımları müzakirə etdiklərin bildirib.
Xatırladaq ki, Qış Olimpiya Oyunları 2018-ci il fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.

İnterpress.az