Erməni mahnısı ilə bağlı ittihamlara cavab: “Elə Mikayılı görürsünüz?”backend

Erməni mahnısı ilə bağlı ittihamlara cavab: “Elə Mikayılı görürsünüz?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com-a açıqlama verən aparıcı mahnının Fikrət Əmirova məxsus olduğunu bildirib: ”Ermənilərin nəyi var ki, o boyda əsəri olsun? O əsər Fikrət Əmirovundur. Böyük əsərdir. Mən bütün tədbirləri o əsərlə başlayıram. Elnur mənim dostumdur, qardaşımdır. Tapa bilmirəm ki, niyə belə yazdığını soruşum. Mənə zəng edib narahatlığını bildirsəydi, açıqlamamı verərdim. O mahnı “Nanəli” verilişində də, başqa proqramlarda da səsləndirilib. Elə Mikayılı gördülər? Nə yaxşı ki, Mikayıl var, yoxsa kimin üstünə gedərdilər?”

Bəstəkarın oğlunun və musiqişünasların bəstənin Fikrət Əmirova aid olmadığını açıqladığını dedik də, isə Güləddinoğlu bəstəni araşdıracağını deyib: “Mən mahnının Fikrət Əmirovun olduğunu bilmişəm. İstəmişəm ki, mahnımızı tərənnüm edək. Dəqiqləşdirəcəyəm. Mən bilməmişəm. Əgər mahnı həqiqətən ermənilərindirsə, bir də proqramımda səslənməyə imkan verməyəcəyəm. Bir daha deyirəm ki, o mahnının Əmirovun olduğunu düşünürdüm”.

Qeyd edək ki, əməkdar artist Elnur Kərimov “Space” televiziyasında yayımlanan “Sevimli mahnı” verilişində Qevorkyanın “Artsax” kompozisiyası səsləndirildiyini bildirib.

İnterpress.az