Fransanın Ermənistandakı səfiri — “Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb”backend

Fransanın Ermənistandakı səfiri — “Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Conatan Lakot Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişələr kateqoriyasına aid etməyin çətin olduğunu bildirib.

Səfir deyib: \”Münaqişənin cəmiyyətə hansı dərəcədə yansıdığını görmək məni təəccübləndirdi. Təmas xəttində bir çox hərbçi həlak olur. Əgər mənə məlumatı düz veriblərsə, bu il ərzində 57 əsgər ölüb\”.
Səfir qeyd edib ki, münaqişə dondurulmuş yox, real münaqişədir və iqtisadiyyata, insanlara təsir edir. \”Bu bizi narahat edir\”-deyə səfir əlavə edib. Onun sözlərinə əsasən, Fransa ATƏT Minsk Qrupunun həmsədri kimi öhdəliklərini yerinə yetirməkdə qətiyyətlidir.

Bununla yanaşı diplomat bildirib ki, münaqişə hərb yolu ilə həll edilə bilməz: \”Danışıqlar prosesinin mərkəzində 3 prinsip var-güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların müqəddəratını həll etməsi. Fransa Cenevrədə prezidentlərin və XİN rəhbərlərinin Vyana görüşünün nəticələrini təqdir edir, növbəti ildə də görüşlərin keçiriləcəyini gözləyir. Fransa münaqişəni yüksək səviyyədə izləyir. Vasitəçilik roluna sadiqdir. Problemin həlli isə ancaq tərəflər arasında ola bilər\”.

İnterpress.az