Keçmiş hərbi prokurordan sensasiyalı iddia: “Siyasətçilərə, din xadimlərinə sui-qəsd cəhdi olacaq”backend

Keçmiş hərbi prokurordan sensasiyalı iddia: “Siyasətçilərə, din xadimlərinə sui-qəsd cəhdi olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az avropa.info-ya istinadən xəbər verir ki, Türkiyə mətbuatına istinadən məlumatına görə, Əhməd Zəki Üçok terror təşkilatının sui-qəsd dəstəsi təşkil etdiyini açıqlayıb.
Polkovnik deyib ki, FETÖ sui-qəsdçi dəstə üzvlərinə Makedoniya və Kosovoda təlim keçib, onları sensasiyalı cinayətlər törətməyə hazırlayıb. Sui-qəsd edələcək adamların siyahısına siyasətçilər, mühüm qeyri-hökumət təşkilatı nümayəndələri, din xadimləri, idman klubları rəhbərləri, sənətkarlar daxil edildiyini deyən Üçok bildirib ki, plan qarşıdakı bir neçə ay ərzində həyata keçiriləcək.

Üçok bundan əvvəl də verdiyi açıqlamada, xaricə qaçan FETÖ əsgərlərinin sui-qəsd dəstəsi yaratdıqlarını və yeni hazırlıq içində olduqlarını irəli sürmüşdü. Polkovnik o zaman bildirmişdi ki, FETÖ-çülər Makedoniyada böyük bir ərazini satın alıb və burada muzdlu əsgərləri və ordudan fərarilik etmiş hərbçiləri toplayıb.

İnterpress.az