Taksidə xanımına baxan sürücünü öldürənə 19 il cəza istənildibackend

Taksidə xanımına baxan sürücünü öldürənə 19 il cəza istənildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com xəbər verir, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham edilən 1993-cü il təvəllüdlü Əbdülmməmməd Cavid Hacıməmməd oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror Cavid.Əbdülməmmədovun heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən adam öldürüb. Onun əməli məhkəmə istintaqı və ibtidai istintaq zamanı sübuta yetirilib.

Dövlət ittihamçısı C.Əbdülməmmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhumun xanımı, hüquqi varisi isə təqsirləndirilən şəxsə maksimum hədd ə- 20 il cəza verilməsini istəyib.

Məhkəmə C.Əbdülməmmədova son söz üçün vaxt istəyib. Məhkəmə prosesi dekabrın 14-nə təyin edilib.

C.Əbdülməmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Qətlə yetirilən şəxs Vasif Ağammədovdur. O, Bakıda taksi sürücüsü işləyirmiş.

Qətlin təfərrüatları barədə qeyd edək ki, səbəb qısqanclıqdır. Belə ki, Cavid Əbdülməmmədov xanımı ilə birlikdə toydan qayıdarkən Vasif Ağammədovun idarə etdiyi taksiyə minib.

Maşında olarkən V.Ağammədov C.Əbdülməmmədovun arxa oturacaqda əyləşən xanımına baxıb. Daha sonra isə telefonda nömrəsini xanıma göstərib. C.Əbdülməmmədov buna görə sürücüyə iradını bildirib və arxaya çox baxmamasını məsləhət görüb. Amma taksi sürücüsü bu xəbərdarlığa ciddi yanaşmayıb. İçkili olan C.Əbdülməmmədov maşından düşərkən sürücüdən harada qaldığını soruşub. Səhər də onunla görüşə gəlib.

C.Əbdülməmmədov orada qətli törədib və könüllü olaraq polisə təslim olub.

İnterpress.az