Əsəd və Putin Suriya müharibəsində İŞİD-dən istifadə edirlərbackend

Əsəd və Putin Suriya müharibəsində İŞİD-dən istifadə edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Bild” qəzeti situasiyanın görünəndən daha fərqli olduğunu yazır.

Qəzetdəki məqalənin müəllifləri Məhəmməd Rabi və Yulian Röpke İŞİD-in hələ də 700 kvardat km-dən çox sahəyə nəzarət etdiyini qeyd edir.

Bundan başqa, Əsəd rejimi və Rusiya ordusu İŞİD terrorçularından Suriya üsyançılarını bombalamaq üçün bəhanə olaraq istifadə edirlər.

Suriya jurnalisti İbrahim İdlibi “Bild”lə söhbətində bir çox terrorçunun Əsəd kəşfiyyatının və rusların köməyi ilə yaşadığı İdlib şəhərinə sızdığını və orada bir neçə rayonu ələ keçriməyə müvəffəq olduğunu deyir.

“İŞİD-i bölgədə silahla bəsləyən Əsəd və ruslardır. İŞİD-in ələ keçirmək istədiyi Hamada hökumət qüvvələri üsyançıların nəzarət etdiyi rayonlara və orada yaşayan dinc əhaliyə aviazərbələr endirirlər”, – İdlibi bildirib.

Əsəd və Putin Suriya müharibəsində İŞİD-dən istifadə edirlər

Bu informasiya ABŞ-ın “İHS Markit” analitik mərkəzi tərəfindən də təsdiq olunub. Məqalə müəllifləri bu mərkəzin ekspertlərinin hazırladığı materiallardan çox istifadə ediblər. “İHS Markit”in məlumatlarına görə, oktyabrın ayının ortalarında İŞİD məhz hökumətin yardımı ilə Hama və İdlibə daxil ola bilib. Bölgəyə yerləşdikdən sonra cihadçılar Əsdin əraizlərinə yaxın rayonlardan yoxa çıxıblar.

“Suriya üsyançlıarı əslində çoxdan İŞİD-çilərin bu bölgələrdə axırına çıxmışdılar. Lakin noyabrın ortalarında onlar yenidən peyda oldular. Halbuki əldə olunan razılaşmalara əsasən İŞİD çoxdan Deyr əz Zorun şərqini tərk etməli idi”, – məqalədə qeyd olunur.

Əsəd və Putin Suriya müharibəsində İŞİD-dən istifadə edirlər

İdlibinin sözlərinə görə, əldə olunan razılaşmalara və Suriyanın 4 təhlükəsizlik zonasına bölünməsinə rəğmən Dəməşqin son məqsədi bütün əraziləri yenidən özünə geri qaytarmaqdır. Bunun üçün qəsdən İŞİD döyüşçüləri cəbhə xəttinə düzülərək buradan üsyançıların müqaviməti qırmağa çalışırlar.

“De Re Militari” həftəlik hərbi jurnalının analitiki Ruslan Tradın sözlərinə görə, rejim qüvvələri İŞİD-çiləri üsyançılar olan rayonlara sıxışdıraraq onların arxasınca Hamaya doğru hərəkət edirlər.

Tradın sözlərinə görə, Rusiya aviasiyasının həyata keçirdiyi bombardmanlar məhz silahlı terrorçular üçün yeni əraziləri təmizləməkdən ibarətdir.
Trad bunu Əsəd, Putin və İŞİD arasında çirkli oyun adlandırıb:

Əsəd və Putin Suriya müharibəsində İŞİD-dən istifadə edirlər

“Bu Əsədə sərf edir – bir güllə iki dövşan vurur, yəni həm İŞİD, həm də üsyançılar zərbə alır. Bu İŞİD-ə də fayda verir. Onlar bu dəfə itirdikləri əraziləri üsyançı bölgələrin hesabına yenidən ələ keçirmək imkanı və sıralarına təzə qüvvələr qazanırlar.

“Lakin bu tip taktika Əsəd rejimi üçün təhlükəli risk daşımalıdır. Canavarı uzun müddət iplə saxlamaq mümkün deyil”, – ekspert qeyd edib.

İnterpress.az