“HƏMAS”dan ABŞ-a sərt bəyanatbackend

“HƏMAS”dan ABŞ-a sərt bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə hərəkatın mətbuat katibi Abdulatif Alkanu bildirib. Onun sözlərinə görə, problem həll edilməyənə qədər “qəzəb günü” davam edəcək.

“İstəyirəm bildirim ki, “HƏMAS” hərəkatı cümə günü elan etdiyi “qəzəb günü” davam edəcək. Məsələ həllini tapmayana qədər etiraz aksiyaları davam edəcək və tədricən regionda yayılacaq. Biz D.Trampın haqsız qərarına etiraz edirik. ABŞ rəhbərliyi qəbul etdiyi səhv qərarı düzəltməyənə qədər biz etirazları davam edəcəyik”, – deyə A.Alkanu bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Amerikanın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib. Onun sözlərinə görə, Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımağın vaxtı gəlib çatıb.
“Qərara gəldim ki, Qüdsün İsrailin paytaxtı kimi tanınmasının vaxtı gəlib çatıb. Amerika bu addıma qarşı deyil və Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq”, deyə D.Tramp vurğulayıb.

Onun bu qərarınından sonra “HƏMAS” hərəkatı cümə gününü “qəzəb günü” elan edib. Bundan sonra etiraz aksiyalar böyüyüb.

Xatırladaq ki, Trampın bu qərarını bir çox ölkələr hiddətlə qarşılayıblar. D.Trampın bu qərarından sonra həm Avropa ölkələrindən, həm Yaxın Şərq, həm də Ərəb dövlətlərindən ona etirazlar gəlib. İlk etiraz isə Fransa prezidentindən səsləndirilib. Daha sonra Türkiyə və İran Trampın bu qərarına pisləyib. İordaniya da ABŞ prezidenti Donald Trampı beynəlxalq qətnamələri pozmaqda günahlandırıb. Verilən açıqlamada bildirilib ki, Trampın bu qərarı siyasi səhvdir. Misir hökuməti də Trampın yeni bəyanatını xoş qarşılamayıb. Bildirilib ki, onun bu addımı həm Amerika, həm də region üçün yaxşı nəticələnməyəcək.

İnterpress.az