Kampda ölən həmvətənimiz Belçikada dəfn ediləcəkbackend

Kampda ölən həmvətənimiz Belçikada dəfn ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AzEuroNews.com–a istinadən xəbər verir ki, Elçin İbrahimovun Belçikada dəfni üçün lazım olan bütün prosedurlar həyata keçirilib.

“Avropa Azərbaycanlıları” (EuroAz.NL) Cəmiyyətinin rəhbəri Emil Əliyevin saytımıza verdiyi məlumata görə, mərhumun dəfni dekabrın 13-ü, günorta namazından sonra baş tutacaq: “Həmyerlimiz Elçin İbrahimovun dəfni üçün bütün işlər həll olundu. O, çərşənbə günü günorta namazı qılındıqdan sonra son mənzilə yola salınacaq. Mərhum nəşi Belçikadakı Fatih məscidindən götürüləcək. E.İbrahimov elə Belçikada da dəfn ediləcək”.

Xatıradaq ki, meyitin Azərbaycana göndərilməsi üçün pul istəyən Belçika hökumətinin bu istəyi qarşısında hazırda kampda qalan mərhumun xanımı Aytən İbrahimova və iki azyaşlı uşağı çarəsiz duruma düşmüşdü.

Belə ki, Belçika hökuməti mərhum Elçin İbrahimovun meyitinin Azərbaycana göndərilməsi üçün 4 min avro pul istəyirdi. Məbləğin 500 avrosunu ödəməyi dövlət öz üzərinə götürmüşdü. Tələb olunan məbləğ verilməsə meyit yandırılacaqdı. Ailəsi isə, mərhumun Azərbaycanda dəfn olunmasını istəyirdi. “Facebook”da ailəyə kömək üçün pul toplanılmasına başlanılmışdı.

İnterpress.az