“Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır”backend

“Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu APA-ya açıqlamasında İsveçrənin Azərbaycandakı səfiri Filip Stadler deyib.

İsveçrə hökumətinin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini dəfələrlə ifadə etdiyini söyləyən diplomat bildirib ki, hər iki tərəf bu məsələnin danışıqlar yolu ilə həllinə çalışmalıdır.

Azərbaycan və İsveçrə arasında ikitərəfli əlaqələrin hazırda çox yüksək səviyyədə olduğunu vurğulayan F. Stadler qeyd edib ki, hər ilin mart ayında Davosda prezidentlər arasında görüş olur və əlaqələr gələcəyə daha nikbin nəzərlərlə baxmağa imkan verir.

İnterpress.az