“Paytaxtı Qüds olan müstəqil Fələstin tələbimizdən əl çəkməyəcəyik” – Ərdoğanbackend

“Paytaxtı Qüds olan müstəqil Fələstin tələbimizdən əl çəkməyəcəyik” – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ-ın bu addımı insanlığa yönəlik təhdidlərin qapısını açıb.

\”Bu məsələ ədalətli həll olunmayana qədər davamlı sülhdən danışmaq mümkün deyil. Hamının gələcəyini təhlükə altına alan bu vəziyyətə biganə qala bilmərik. Bu, həm də mədəniyyətimizə endirilmiş ağır zərbədir.

Bu məsələ, sülh hər kəsimdən, hər inancdan olan insanların birgə səyi ilə həll olunacaq. Hamını Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıram. Paytaxtı Qüds olan müstəqil Fələstin tələbimizdən əl çəkməyəcəyik. Artıq gecikə bilmərik. İsrail əsgərlərinin fələstinli qardaşlarımıza tətbiq etdiyi zülmü lənətləyirik. Qüds bizim qırmızı xəttimizdir”.

İnterpress.az