Azercell-dən daha bir aldadıcı kampaniya – Eşidin, inanmayın – VİDEObackend

Azercell-dən daha bir aldadıcı kampaniya – Eşidin, inanmayın – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər \”Azercell\” şirkəti ilə bağlı şikayətlər artmaqdadır. Bu dəfə isə abonentləri aldatmaq üçün keçirilən kampaniyanın əsl mahiyyətini Avtosfer.az ifşa edib. Şirkət öz abonentlərinə mesaj göndərərək bildirib ki, \”Azercellden HEDIYYE! Yalniz bu gun balansina en azi 5 AZN yukle, ikiqatini pulsuz al!\”.

İnterpress.az Avtosfer.az-a istinadən xəbər verir ki,bu məlumatı oxuyan abonentlərdən biri \”Azercell\”-in müştəri xidmətlərinə zəng edərək balansı 100 manat civarında artıranda onun ikiqatının pulsuz verilib-verilməməsi barədə sual ünvanladıqda, operator suala cavab olaraq qeyd edib ki, 100 manat civarında balans artırıldıda həmin məbləğin ikiqatı verilir,amma həmin pulsuz verilən məbləğ 3 gün ərzində şəbəkədaxili zənglər üçün qüvvədə olur. Abonent operatorun bu cavabından qəzəblənərək bunun saxtakarlıq olduğunu və göndərilən mesajda istehlakçıların hüquqlarının pozulduğunu bildirib. Operator isə göndərilən mesajda saxtakarlığın olmadığını qeyd edib. Lakin səhəri gün \”Azercell\” şirkəti abonentin şikayətinin haqlı olduğunu və göndərdikləri mesajın qanunsuz olduğunu nəzərə alıb səhvlərini düzəldərək mesaj göndərdikdə kampaniyanın şərtlərini də açıqlayıblar.

Göndərilən mesajda kampaniyanın şərtlərinin açıqlanmaması həqiqətən də abonentin aldadılmasına gətirib çıxarır. Çünki bu şərtlərdən məlumatsız olan abonent mesajı gördükdə balansını artıraraq onun ikiqatını əldə edir və üç gündən sonra məlum olur ki, bu kampaniya yalnız üç gün müddətində şəbəkədaxili zənglər üçün qüvvədə olub. Beləliklə də, abonent aldadılmış olur. Elə bu cür hallara görə abonentlərin operatorlara qarşı olan inamları kəskin şəkildə azalır.

Qeyd olunan məsələ ilə bağlı abonentin opertorla danışığını, göndərilən qanunsuz mesajın və sonradan düzəliş olunmuş mesajın fotoşəkillərini sizə təqdim edirik.

İnterpress.azhttps://youtube.com/watch?v=F4DQ-r4BTfQ