ABŞ-dan İslam dövlətlərinin keçirdiyi toplantı ilə bağlı açıqlamabackend

ABŞ-dan İslam dövlətlərinin keçirdiyi toplantı ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bununla bağlı İsrailin “Haaretz” qəzeti məlumat yayıb. Verilən məlumata görə, toplantı ilə bağlı Ağ Ev rəsmilərdən biri açıqlama verib. Açıqlamada bildirilib ki, İƏT zirvə görüşündə Fələstin lideri Mahmud Abbasın çıxışı bir daha fələstinlilərin iç üzünü açıb.

“Mahmud Abbasın bu tipli bəyanatlarıdır ki, bölgədə vəziyyəti daha da gərginləşdirir. Nə qədər ki, o belə bəyanatlar verəcək, bölgədə sülh olmayacaq. Amerika prezidenti Donald Tramp sülhə bağlı bir adamdır. Biz qərarımızda qalacağıq. Fələstin və İsrail üçün çalışacağıq”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə iclasında yekun Bəyannamə qəbul edilib. Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir. Bundan başqa, İƏT üzvləri dünya ölkələrini Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır.

İstanbulda keçirilən İƏT zirvə görüşündə Fələstin lideri Mahmud Abbas çıxış edib. Mahmud Abbas “ABŞ artıq sülh prosesində vasitəçilik rolunu itirib. İsrailə meydan oxuyuram, mənə sərhədlərini göstərsin”-deyib.

İnterpress.az