“Türk Hava Yolları” Ermənistana uçuş edəcəkbackend

“Türk Hava Yolları” Ermənistana uçuş edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Türk Hava Yolları (THY) İdarə heyəti Başçısı və İcra Komitəsi Başçısı İlker Aycı 24 Noyabrda Anadolu Ajansı Maliyyə Masasına qonaq oldu. THY-nin gələcək planlarından danışan Ayci bu il 69 milyon sərnişin daşıdıqlarını, hədəfin yüz milyon olacağını qeyd edib. Ayci, önümüzdəki dövrdə İordaniyada Aqaba, Rusiyanın Krasnodar, Fiertaun isə Sierra Leone şəhərlərinə uçacaqlarını qeyd edib.

Ayci, həmçinin, Ermənistanı uçuş şəbəkəsinə əlavə edəcəklərini də qeyd etdi. Artıq bu barədə sosial şəbəkələrdə THY-yə qarşı kampaniyaya da başlanılıb. Ermənistanın THY-nin uçuş şəbəkəsinə əlavə edildiyi andan boykota məruz qalacağı güman edilir.

İnterpress.az