“Bir ay içində minlərlə arakanlı müsəlman öldürülüb”backend

“Bir ay içində minlərlə arakanlı müsəlman öldürülüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az istinadla xəbər verir ki, Sərhədsiz Həkimlər (MSF) təşkilatı Myanmarda avqust ayında başlayan şiddətli olaylarda bir ay içərisində 9000 arakanlının öldürüldüyünü açıqlayıb.

MSF-nin Banqladeşə qaçan arakanlılarla görüşərək apardığı araşdırmaya əsaslanan məlumatlar bu günə qədər açıqlanan rəsmi ölüm rəqəmlərindən olduqca yüksəkdir. Rəsmi açıqlamalara görə, olaylarda 400 nəfər həyatını itirib. MSF-nin bu məlumatları isə rəsmi rəqəmləri alt-üstü edib.

Təşkilat avqust ayında başlayan hadisələrdən sonra 647 min arakanlının Banqladeşə qaçdığını bəyan edib. MSF-yə görə, 25 avqust ve 24 sentyabr tarixləri arasında Myanmarda ən azı, 9000 arakanlı müsəlman həyatını itirib.

Böyük ehtimalla, bu ölümlərdən ən azı, 6700-nün zorakılıqla həyata keçirildiyini bildirən təşkilat, ölənlərdən 730-nun beş yaşdan az uşaqlar olduğunu bəyan edib.

Qeyd edək ki, Myanmar ordusu bu ittihamları qəbul etmir.

İnterpress.az