“Partiya sədrliyinə İlqar Məmmədovdan başqa namizədin olacağını düşünmürəm” — Natiq Cəfərlibackend

“Partiya sədrliyinə İlqar Məmmədovdan başqa namizədin olacağını düşünmürəm” — Natiq Cəfərli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ReAL partiyasının I Təsis Qurultayının keçirilməsi və digər məsələlərlə bağlı ReAL hərəkatının icra katibi Natiq Cəfərli \”Ölkə.Az\”-a danışıb:

\”Əslində biz Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanmışdıq. Bundan əlavə Bakı şəhərində yerləşən 4 və 5 ulduzlu otel və özəl obyektlərə partiya qurultayının keçirilməsi üçün yerin ayrılması (bir günlük kira kirayəsi) xahişi ilə müraciət etdik, ancaq hamısından imtina məktubları aldıq. Bu imtina məktublarının alınması da çox qəribədir, çünki bizim müraciət etdiyimiz yerlər arasında keçmişdə müxalif partiyalarının həm qurultaylarının, həm konfranslarının keçirildiyi məkanlar da var idi. Suraxanı mədəniyyət evinə müraciət etmişdik, əvvəllər digər partiyaların orada tədbirləri keçirilib, ancaq ReAL-a yer verilmədi.

Biz axtarışlarımızı davam etdirirdik. Müsavat partiyasından belə bir təklif gəldi ki, ReAL partiyası I Təsis Qurultayını Müsavat partiyasının qərargahında keçirməklə bağlı müraciət etsə, məmnuniyyətlə onlara yer verərik. Biz də, müraciət etdik və çox sağ olsunlar, bizə həm yer verdilər, həm də köməkliklərini əsirgəməyəcəklərini bildirdilər. Bizim I Təsis Qurultay nümayəndələrinin sayı kifayət qədər çoxdur, zalın kiçik olmasına görə bəzi problemlər yaşayırıq. Çalışırıq texniki problemləri həll edək. Müsavat partiyası bunu bizə öncədən demişdi, bizə bütün köməyi, dəstəyi göstərirlər\”.
İlqar Məmmədovun ReAL Hərəkatının partiyaya çevrilməsi ilə bağlı mövqeyinə gəldikdə isə REAL hərəkatının icra katibi bildirdi ki, bu il mütləq Təsis Qurultayı keçirilməli idi:

\”Biz də çalışdıq ki, İlqar Məmmədovun təklifini həyata keçirmək üçün əlimizdən gələni edək və bu il Təsis Qurultayı baş tutsun. 2017-ci il dekabrın 17-i ReAL partiyasının I Təsis Qurultayının keçirilməsi ilə bağlı qərar verdik\”.

Partiya sədrinin kim olacağı barəsində Natiq Cəfərli qeyd etdi ki, çox böyük ehtimal o şəxs İlqar Məmmədov olacaq:

\”Namizədliyin verilməsi sərbəstdir. Qurultay nümayndələrindən kimsə öz namizədliyini verəcəksə, bu normal haldır. Ancaq belə bir addımın atılacağını düşünmürəm, belə bir ehtimal çox aşağıdır. Hər halda İlqar Məmmədovdan başqa partiya sədrliyinə namizəd olsa problem olmaz, hətta bu maraqlı olar\”.

İnterpress.az