“Fövqəladə və bədbəxt hadisələr zamanı 423 uşağa yardım göstərilib” – Kəmaləddin Heydərovbackend

“Fövqəladə və bədbəxt hadisələr zamanı 423 uşağa yardım göstərilib” – Kəmaləddin Heydərov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 12-ci ildönümü münasibətilə dekabrın 14-da keçirilən genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün obyekt sahiblərinə 210 mindən artıq tələbi özündə əks etdirən göstəriş və xəbərdarlıq verilib: \”60 mindən artıq fəhlə və qulluqçu yanğın təhlükəsizliyi barədə təlimatlandırılıb\”.

Fövqəladə hallar naziri qeyd edib ki, xilasedicilər yol-nəqliyyat qəzası, silah-sursat aşkarlanması, texnogen mənşəli bina və qurğuların dağılması və uçması, mənzildə qaz sızması, təhlükəli bioloji hadisələrin qarşısının alınması, mənzildə və liftdə köməksiz vəziyyətdə qalma daxil olmaqla, 1138 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər: \”Fövqəladə hadisələrin və bədbəxt hadisələrin aradan qaldırılması zamanı 423-ü uşaq olmaqla, 1442 nəfər zərərçəkmişə ilk yardım və təxirəsalınmaz yardım göstərilib. Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 43 dəfə nəqliyyat və digər qəzalarla bağlı çıxışlar olub, 79 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq xilas edilib\”. (apa)

İnterpress.az