Məhbus mübadiləsi üzrə saziş yanvardan qüvvəyə minəcəkbackend

Məhbus mübadiləsi üzrə saziş yanvardan qüvvəyə minəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu məsələnin Qazaxıstan XİN rəhbərinin müavini Qalımjan Koyşıbayevlə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov arasında görüşdə müzakirə olunduğu barədə bildirib.

Görüş zamanı Qazaxıstanla Azərbaycan arasında azadlıqdan məhrum edilmiş şəxslərin 10 iyun 1997-ci ildən cəzanın qalan hissəsinin çəkilməsi üçün təhvil verilməsi haqqında sazişə dəyişikliklər barədə protokolun ratifikasiyası ilə bağlı etimadnamələrin mübadiləsi baş tutub.

Qeyd edək ki, bu sənəd 2007-ci il avqustun 7-də imzalanıb, 2013-cü il dekabrın 26-da ratifikasiya olunub. (trend)

İnterpress.az