Qız üstündə adam öldürənə 12 İL HƏBSbackend

Qız üstündə adam öldürənə 12 İL HƏBS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə prosesdə təqsirləndirilənə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında Teymur Sadıqovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə iyunun 27-də Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.

İlkin məlumatda bildirilir ki, T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.

İnterpress.az