Keçmiş deputatın oğluna 4 il cəza istənildibackend

Keçmiş deputatın oğluna 4 il cəza istənildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində Milli Məclisin sabiq deputatı, Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Əlihüseyn Salahzadə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə təqsirləndirilir.

Musavat.com xəbər verid ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan prosesə yenə jurnalistlər buraxılmayıb.

Prosesdə məhkəmə istintaqı başa çatıb.

Prosesdə dövlət ittihamçısı çıxışında Ə.Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bildirək ki, Ə.Salahzadə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir. Belə ki, \”Azərsu\” əməkdaşı Ə.Salahzadənin yaşadığı mənzili döyərək su pulunun ödənilməsini istəyib. İttihama görə, Ə.Salahzadə \”Azərsu\” əməkdaşına bir yumruq zərbəsi vurub. Ə.Salahzadə isə \”Azərsu\” əməkdaşının söyüş söydüyünü iddia edir.

Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur.

Zərərçəkmiş Elbəy Mirzəliyev şikayət ərizəsini geri götürdüyünü bildirib.

İnterpress.az