Tokio Olimpiya Oyunlarında turistlərə robotlar kömək edəcəkbackend

Tokio Olimpiya Oyunlarında turistlərə robotlar kömək edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlar məlumat mərkəzlərinin, tərcüməçi və baqaj daşıyıcılarının işini görəcəklər.

Mənbə bildirir ki, bu günlərdə Yaponiyada 7 müxtəlif robot təqdim edilib ki, onlar da 2020-ci il Olimpiya Oyunlarında ölkənin qonaqlarına xidmət göstərəcəklər. Onların arasında 4 dildə sinxron tərcümə edəcək pişik robot da var. Köməkçi robot insanlara kömək təklif edərək, onları zallara istiqamətləndirəcək. Yükləyici robot səyahətçilərin yüklərini nəql edəcək. Həmçinin bir neçə məlumat robotu olacaq ki, onlar da müxtəlif lazımi məlumatları verəcəklər.

“Biz istəyirik ki, xarici turistlər düşünsünlər ki, Yaponiya xalqı hər şeyə qadirdir”, – deyə Yaponiya hava limanındakı mənbələrdən birinin nümayəndəsi bildirib. (lent.az)

İnterpress.az