BQXK Dağlıq Qarabağda saxlanılan 3 azərbaycanlıya baş çəkibbackend

BQXK Dağlıq Qarabağda saxlanılan 3 azərbaycanlıya baş çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Qurum rəsmisi bildirib ki, başçəkmə dekabr ayında olub: “Başçəkmə zamanı saxlanılan şəxslərin saxlanma şəraiti və onlarla rəftarla bağlı monitorinq keçirilib”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz \”məhkəmə\”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Bu ilin fevral ayında isə Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilər tərəfindən tutulub.

İnterpress.az