ABŞ İrana qarşı beynəlxalq koalisiya yaradırbackend

ABŞ İrana qarşı beynəlxalq koalisiya yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bildirib. Onun sözlərinə görə, bu yolla Amerika İranın dünyada törədə biləcək təhlükələrinə son qoya bilər.

“İrana və İran hökumətinin etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmaq lazımdır. Hazırda bu istiqamətdə çalışırıq. Yaxın vaxtlarda özünüz bunun şahidi olacaqsınız”, – deyə N.Xeyli bildirib.

N.Xeyli əlavə edib ki, İran nüvə silahı istehsal etməkdə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda, terrorçuluğu təbliğ etməkdə və region, eləcə də, bütün dünya üçün təhlükə törətməkdə davam edir.

İnterpress.az