Özünü binadan atmaq istədibackend

Özünü binadan atmaq istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xəzər rayonu, Binə qəsəbəsində 22 yaşlı gənc intihara cəhd edib. APA TV-nin xəbərinə görə, hadisə Əli İsazadə küçəsi, 1 ünvanında qeydə alınıb. 1995-ci il təvəllüdlü Sadiqov Сavid Sevindik oğlu əlində bıçaq həmin ünvanda yerləşən beşmərtəbəli binanın damına qalxaraq, intihar edəcəyini bildirib.

Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. Xilasedicilərdən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla Cavidi fikrindən daşındırmağa çalışıb.

Anası Zərnişan Rüstəmovanın dediklərinə görə, Cavidin Emin adlı 17 yaşlı qardaşı may ayının 21-də müəmmalı şəkildə ölüb. Rayon prokurorluğu tərəfindən onun da özünü həmin binanın damından ataraq intihar etdiyi açıqlanıb. İntiharın istintaqından narazı qalan Сavid eyni üsulla etirazını çatdırmaq istəyib.

Bütün səylərə baxmayaraq, C.Sadiqov bıçaqla özünə xəsarət yetirib. Yalnız bundan sonra damda olan polis əməkdaşları və FHN-in xilasediciləri onu aşağı endirib və hadisə yerinə cəlb olunmuş həkimlərə təhvil verib. Hadisə vaxtı sərxoş olduğu deyilən 22 yaşlı С.Sadiqov yaralı halda dərhal xəstəxanaya çatdırılıb.

***

İnterpress.az FHN-in saytına istinadən xəbər verir ki, şəhərin Xəzər rayonunda 1 nəfər kişi beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

İnterpress.az