Tağıyevin villası məhv olur – VİDEObackend

Tağıyevin villası məhv olur – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, BAKU.WS-in müxbirinin Tağıyevin bağ evində apardığı çəkiliş zamanı məlum oldu ki, ev viran qalmış vəziyyətdədir.

Dahi xeyriyyəçinin villası Mərdakanda 9 nömrəli Xüsusiləşdirilmiş Ağ Ciyər xəstəxanasında yerləşir. Xəstəxanın həyəti təmirli olsa da Hacının ömrünün son günlərini yaşadığı bağ evi haqqında isə təəssüf ki, bu sözü demək olmaz.

1920-ci ildə Hacının bağ evi Tağıyevlər ailəsinin əlindən alındıqdan sonra bolşeviklər oranı mərkəz kimi istifadə edir. 2-ci Dünya Müharibəsi illərində bu ev hospital kimi istifadə olunur. Sonra bina 2 saylı Ağ Ciyər Xəstəlikləri Dispanserinə cevrilir. Əsrin sonlarında isə orada Qarabağ müharibəsi zamanı Laçın rayonundan olan məcburi köçkünlər yerləşdirilir. Hazırda isə 9 nömrəli Xüsusiləşdirilmiş Ağ Ciyər xəstəxanasıdır.

Tağıyevin villası məhv olur - VİDEO

Qeyd edək ki, bina 1893–1895-ci illərdə mülki mühəndis Yuzef Qoslavski tərəfindən inşa olunub. Hacı Zeynalabdin Tağıyev ömrünün son düvrünü bu binada keçirib. Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişib. İnsanların mülküyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. Bütün mülkləri əlindən alınan Tağıyev artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir. Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, 101 yaşında vəfat edib.

İnterpress.azhttps://youtube.com/watch?v=jiTeQMCnayQ