Murad Dadaşov bu gün Rusiyanın məşhur “Pole Çudes” verilişinin qonağı olacaq – VİDEObackend

Murad Dadaşov bu gün Rusiyanın məşhur “Pole Çudes” verilişinin qonağı olacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Leonid Yakuboviçin aparıcılığında efirə gedəcək “Pole Çudes” verilişinin qonağı Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış teleaparıcı Murad Dadaşov olacaq.

Rusiyanın “Birinci” kanalında Bakı vaxtı ilə saat 20:55-də başlayacaq verilişdə sürprizlərlə dolu maraqlı oyun olacaq. “Azərçay”la Beynəlxalq Çay Günündə məşhur şounu qaçırmayın.

“Pole Çudes”in növbəti buraxılışında həm “Azərçay”ın tarixi və gələcək planları, həm də Azərbaycanın mədəniyyəti və tarixi barədə geniş məlumat veriləcək. Bütün izləyiciləri bu gün efirə gedəcək “Pole Çudes” verilişini izləməyə dəvət edirik. (BAKU.WS)

İnterpress.az