Trampın ən çox xoşladığı liderlər: Putin və Ərdoğan…backend

Trampın ən çox xoşladığı liderlər: Putin və Ərdoğan…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun bu keyfiyyətləri bir çox müşahidəçilərin onu Rusiya prezidenti Vladimir Putin və ya Türkiyə lideri Erdoğanla müqayisə etməsinə səbəb olub.

İndi isə \”The Washington Post\” qəzetində dərc edilmiş məqalədən görünür ki, bu bənzətmə bizim düşündüyümüzdən də real imiş. Məqalədə deyilir ki, ABŞ prezidenti bu avtoritarlara \”yarımaşkar\” şəkildə heyrandır.

Bu məqalə Trampın Rusiya baxışlarının diqqətlə öyrənilməsinin məhsulu təsirini bağışlayır.

Məqalə müəllifi öz yazısında Trampın adı çəkilməyən müşavirinə istinad edir.

Bu müşavir qəzetin müxbirinə Trampın hansı xarici liderləri bəyənməsinə dair qiymətli məlumatlar verib. Aydın olub ki, ABŞ prezidentinin ən çox xoşladığı üç prezidentin üçü də avtoritarlardır.

Qəzet yazır ki, söhbət Çin, Türkiyə və Rusiya prezidentlərindən gedir.

\”Vox\” müxbiri yazır ki, bu məlumat, Trampın özünü demokratik rejimdəki həmkarları ilə olduğundan, avtoritar liderlərlə daha rahat hiss etməsinə dair çoxdan dolaşan söhbətləri bir növ təsdiq etmiş olur.

O, prezident Xi ilə aralarında \”böyük bir kimyanın\” olmasından dəm vurub, iyul ayında Putini \”şərəfli cənab\” adlandırıb. Bunun müqabilində onun Almaniya kansleri Angela Merkel və Yaponiya baş naziri Şinzo Abe ilə görüşlərindən cəfəng fotolar və hegemonluq nümayiş etdirən əlsıxmalar yadda qalıb.

\”Vox\” müxbiri yazır ki, Trampın niyə avtoritarları bu qədər xoşlamasının səbəbi tam aydın deyil. Ola bilsin ki, o, zahiri güc və \”kişiliyə\” daha böyük önəm verir.

Aydın olanı budur ki, Tramp özündən əvvəlki bütün ABŞ prezidentlərindən həqiqətən də fərqlidir.

Doğrudan da ABŞ liderləri ilə başqa demokratiyaları həmişə demokratik prinsiplərə bağlılıq birləşdirib. Bu prezidentlər avtoritar liderlərlə də işləyiblər və hətta dost da olublar, amma onların heç biri avtoritarlara Tramp kimi \”heyran\” kəsilməyib.

Barnard College-dən avtoritarlıq araşdırmaları aparan professor Sheri Berman deyir ki, Trampın avtokratik xasiyyətləri bəlkə də biznes dünyasında məqbul sayıla bilər, lakin siyasət aləmində ciddi problemlərə səbəb olur.

\”O, özünə qarşı bütün müxalifət formalarının, hətta tənqid mənbələrinin məhv edilməsini istərdi\” -professor Berman deyib.

\”Bu bir azca narahatlıq yaradır\” – yazır \”Vox\”. (bbc)

İnterpress.az