Çingiz Qənizadə Hesablama Palatası ilə bağlı məsələ qaldırdıbackend

Çingiz Qənizadə Hesablama Palatası ilə bağlı məsələ qaldırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Layihənin 13.3-cü maddəsində göstərilib ki, Milli Məclisin razılığı olmadan Hesablama Palatasının üzvü səlahiyyət müddəti ərzində cinayət məsuliyyətinə cəlb edilə bilməz. Tutula və ya həbs edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tətbiq edilə bilməz, axtarışa və gətirilməyə məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Mən ümumilikdə bunun tam əleyhinə deyiləm”.

İnterpress.az xəbər verir ki, bunu Milli Məcliin iclasında deputat Çingiz Qənizadə deyib.

O bildirib ki, deputatlar da cinayət törətdiyi yerdə tutula bilər.

“Tutulma hələ həbs demək deyil. Həbs üçün təbii ki, razılıq lazımdır. Onun üçün burada müəyyən qədər dəqiqləşdirmə aparmaq lazımdır. Belə hesab edirəm ki, bu bəndin üzərində müəyyən işlər aparmaq lazımdır.

13.4-cü bənddə isə qeyd edilib ki, Hesablama Palatasının üzvünə qarşı cinayət işi yalnız Azərbaycan Respublikası baş prokurorunun təqdimatına əsasən qaldırıla bilər. Burada da müəyyən boşluq var. İstərdim ki, burada “baş prokurorun təqdimatı, Milli Məclisin razılığı ilə” sözləri qeyd edilsin.

Həmçinin qanunun 28.4-cü bəndində qeyd edilib ki, Hesablama Palatasının təqdimatın ləğv edilməsi və ya onlara dəyişikliklərin edilməsi Hesablama Palatasının kollegiyası tərəfindən həyata keçirilir. Biz hüquqi dövlətdə yaşayırıq. Hesab edirəm ki, məhkəmə qaydasında da buna baxılması olduqca vacibdir”.

İnterpress.az