Trampın Türkiyəni ittiham edən müşaviri sözünü geri götürdübackend

Trampın Türkiyəni ittiham edən müşaviri sözünü geri götürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Makmaster “Anadolu” agentliyinə verdiyi eksklüziv müsahibədə əvvəlki ifadələrinə düzəliş edərək “Prezident Tramp kimi mən də Türkiyə ilə ABŞ arasında güclü ittifaqa məhkəm şəkildə inananlardan biriyəm” deyib.

Qeyd edək ki, Makmaster Türkiyəni “Müsəlman qardaşları” kimi radikal təşkilatları maliyyələşdirməkdə ittiham etmişdi.

“ABŞ və Türkiyə digər müttəfiqlərlə radikal ideologiyaların yaratdığı təhdidə qarşı birlikdə işləməlidirlər. Prezident Tramp kimi mən də Türkiyə ilə ABŞ arasındakı güclü ittifaqa möhkəm şəkildə inanan şəxslərdən biriyəm. ABŞ uzun müddətdir Türkiyəni dəstəkləyir və dəstəyini davam etdirəcək. İŞİD-in qalıcı şəkildə məğlub olmasından əmin olmaq üçün bərabər işləməyə davam edəcəyik” – Makmaster belə deyib.

Türk əsgərinin Koreya müharibəsindəki qəhrəmanlıqlarına qulaq asaraq böyüdüyünü deyən Ağ Ev müşaviri iki ölkənin təhdidlərə qarşı birlikdə mübarizə aparacağını qeyd edib:

“Türkiyənin sərhəd təhlükəsizliyini möhkəmləndirmə, əcnəbi döyüşçülərin keçməsinə mane olmaq və İŞİD-lə müharibə sahəsində səylərinin fərqindəyik və bu səyləri dəstəkləyirik. İŞİD-in qalıcı şəkildə məğlub olmasından əmin olmaq üçün bərabər işləməyə davam edəcəyik” – Makmaster belə deyib. (avropa.info)

İnterpress.az