ReAL-ın qurultayı təxirə düşə bilər — Müsavat partiyası geri addım atmağa məcbur oldubackend

ReAL-ın qurultayı təxirə düşə bilər — Müsavat partiyası geri addım atmağa məcbur oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsavat partiyasının bu addımından sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsi rəsmi şəkildə partiyaya bildirib ki, əgər Müsavat partiyası ReAl Hərəkatına Təsis Qurultayı keçirmək üçün yer verərsə partiyanın qərargahı əllərindən alına bilər.

Yaranmış son vəziyyətlə bağlı ReAL hərəkatının icra katibi Natiq Cəfərli \”Ölkə.Az\”-a məlumat verib:

\”Bir neçə gündür ki, Müsavat partiyasına ReAL-a Təsis Qurultayını keçirmək üçün yer verdiyinə görə, müxtəlif qurumlardan çox ciddi təzyiqlər var idi. Təzyiqlərin ciddi olması dünənki gün daha da ciddiləşdi. Hətta Əmlak Komitəsindən rəsmi məktub da verilmişdi ki, əgər ReAl-a yer verilsə Müsavat partiyası ümumiyyətlə binadan çıxarılacaq.
Bu gün Müsavat partiyasının rəsmiləri ilə ReAl-ın rəsmiləri arasında görüş oldu. Müsavat partiyasına olan təzyiqləri bizə danışdılar. Bu təzyiqlərin çox ciddi və real olduğunu biz də anlaşıqla qarşıladıq. Müsavat partiyasının yeni müraciətini dəyərləndirəcəyimizi qeyd etdik. ReAL-ın idarə heyəti Müsavat partiyasına öz qərarını yaxın saatlarda bildirəcək\”.

Müsavat partiyasının yeni müraciətinə gəldikdə isə Natiq Cəfərli bildirdi ki, Müsavat partiyası düşdükləri duruma görə ReAL-ın Təsis Qurultayı Müsavat partiyasının qərargahında keçirilməsin:

\”Müsavat partiyası rəsmiləri düşdükləri vəziyyətin ciddiliyini bizə çatdırdı, biz də bunu anlayışla qarşıladıq. Doğurdan da vəziyyətləri çox pisdir. Bu üzdən də yeni müraciətlərini dəyərləndirəcəyik\”.

İnterpress.az