Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


MDB İqtisadi Şurasının növbəti iclası keçirilib

Moskvada MDB İqtisadi Şurasının 76-cı iclası keçirilib.

Dərc edilib: 15 dekabr 2017 [16:57]
Baxış sayı: 3333

İnterpress.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İclasda MDB ölkələrinin 2020-ci ilədək Dövlətlərarası İnnovasiya Əməkdaşlığı Proqramı çərçivsində dövlətlərarası innovasiya layihələri və tədbirlərinin hazırlanması və maliyyələşdirilməsi qaydaları layihəsini təsdiq ediblər. Elektron və elektrotexniki avadanlıq tullantılarının idarə olunması sahəsində əməkdaşlıq barədə Saziş, eləcə də Gömrük sahəsində Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Sazişə düzəlişlər barədə Protokolun layihələri təsdiqlənib.

Toplantıda MDB Hökumət Başçıları Şurasının dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasəti haqqında Konsepsiya və MDB ölkələri dəmir yollarında 2017-ci ildə Tarif siyasəti haqqında Qərarları nəzərdən keçirilib. MDB Dəmir Yolu üzrə Şurasına yük daşımalarının həcminin artırılması məqsədilə tarif siyasətini təkmilləşdirmək tövsiyə edilib.
MDB Iqtisadi Şurasının üzvləri təbii qazdan nəqliyyat vasitələri üçün mühərrik yanacağı kimi istifadə olunmasının inkişafı və stimullaşdırılmasına dair kompleks tədbirlərin 2020-ci ilədək həyata keçirilməsi məsələsini müzakirə edib, müvafiq nazirlik və müəssisələrə bu sahədə fəaliyyəti əlaqələndirməyi tapşırıblar.

İclasda bir sıra büdcə-maliyyə və təşkilati məsələlərinə də baxılıb.

MDB İqtisadi Şurasının növbəti iclasının 2018-ci ilin martında Moskvada keçirilməsi qərara alınıb.

İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 343