Röyanın həbsdən çıxan şəriki: porno ulduz, yoxsa modelyer?backend

Röyanın həbsdən çıxan şəriki: porno ulduz, yoxsa modelyer?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xatırladaq ki, S.Hüseynovanın adı dələduzluq əməlində keşdiyi üçün müğənni Röya Ayxan onunla iş birliyinə son qoyduğunu açıqlamışdı.

Lakin Səbinə Hüseynova hazırda modelyer kimi tanınsa da, bir zamanlar onun adı porno qalmaqalında hallanmışdı. Belə ki, 2004-cü ilin yanvarında Dünya Gözəllik Konqresinin prezidenti Zamir Hüseynov mətbuat konfransı keçirərkən, çox böyük skandal açıqlamalar vermişdi. O, bildirmişdi ki, hansısa qadın tərəfindən ona porno kaset təqdim olunub.

Z.Hüseynov kasetdəki video görüntülərdən danışarkən bildirib: “Orada bir qız ehtirasla özü haqqında danışıb deyir ki, adı Səbinə Hüseyndir, 19 yaşı var. Qarşısındakı insanın suallarına cavab verən qız bildirib ki, gələcəkdə vizajist və modelyer olmaq istəyir. Həmçinin qız öz intim həyatından danışır, bildirir ki, bu günə qədər çoxlu sayda kişilərlə əlaqəda olub, hansı ki, onların sayı artıq 50-yə çatıb”.

Z.Hüseynov həmin qızın modelyer Səbinə Hüseyn olduğunu açıqlayıb: “Kaset 1993-cü ilin may ayında çəkilib. Oradakı qız modelyer Səbinə Hüseynə çox bənzəyir. Doğrudur, jurnalistlər ekspert deyil ki, həmin qızın həqiqətən Səbinə Hüseyn olduğunu sübut etsinlər. Lakin modelyerə zəng vurub, bu haqda açıqlama almaq istəyərkən, köməkçisi bildirib ki, Səbinə Hüseyn xəstədir, özünü çox pis hiss edir, buna görə cavab verə bilməyəcək. Doğrudur, Səbinə deyə bilər ki, o azad insandır və nə istəsə, edə bilər. Lakin əgər o, model biznesi ilə məşğul olursa, bu ikisi bir-birinə əks nüansdır”.

Modelyer bu haqda illər sonra “Elman” jurnalına müsahibə verib:

– “Guya\” çəkildiyin pornoçarx barəsində nə deyə bilərsən? Ya bəlkə, doğrudan da çəkilmisən?

– Söhbətin üstündən bu qədər vaxt keçdiyinə görə mənə elə gəlir ki, bu mövzuya toxunmaq bir qədər maraqsız olar. Mən pornoqrafiyanı sevmirəm. Yaradıcılığımda da, həyatda da erotikanın tərəfdarıyam. Kütləyə təqdim olunan pornoçarxın çox ucuz, primitiv, eybəcər olduğunu düşünürəm. Belə bir şey etsəydim, daha gözəl alınardı.

– Yəni, belə bir şeyin olmadığını deyirsən?

– İnsan şəxsiyyətinin ikiyə ayrılması ola bilər.

– Yəni…

– Bu suala cavab verməyəcəm.

Röyanın həbsdən çıxan şəriki: porno ulduz, yoxsa modelyer?

Qeyd edək ki, 2013-cü ildə də porno ulduzu kimi tanınan Səbinə Hüseynin sosial şəbəkələrdə fotoları yayılmışdı. Belə ki, rəssam Aydan Salahovanın soyunmasından sonra “Facebook” istifadəçiləri profillərində və səhifələrində Səbinə Hüseynin də fotolarını yayımlayaraq, onları müqayisə etmişdilər. (musavat)

İnterpress.az