Rusiyada terror törətməyi planlaşdıran İŞİD-çilər saxlanıldı – VİDEObackend

Rusiyada terror törətməyi planlaşdıran İŞİD-çilər saxlanıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, keçirilən əməliyyatlarda İŞİD terror təşkilatının üzv olduğu hesab edilən 7 şəxs saxlanılıb. Əməliyyat nəticəsində çox sayda partlayıcı maddə, silah-sursat və ekstremist ədəbiyyat ələ keçirilib.

Saxlanılan şəxslərdən biri, Yevqeni Efimova dindirilərkən əməllərini etiraf edib. İŞİD terror təşkilatının Rusiyaya göndərilən fəal üzvü olan Y.Efimova bir neçə ərazidə, xüsusən də, insanların sıx məskunlaşdığı yerlərdə terror törətməyi planlaşdırırmış. Bunun üçün partlayıcı qurğu hazırlayan mütəxəssis də gətirilib.

Terrorçuların əsas hədəflərindən biri də Kazan katedralı olub. Terrorçular dekabrın 17-də Kazan katedralını partlatmağa hazırlaşırlarmış.

Saxlanılan şəxs əməllərini etiraf edib və bundan peşman olduğunu deyib. O, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazır olduğunu da bildirib.


İnterpress.az