35 yaşlı piyadanı avtomobil vurdubackend

35 yaşlı piyadanı avtomobil vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az report.az-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Cəlilabad-Uzuntəpə avtomobil yolunda qeydə alınıb.

Belə ki, rayonun Şorbaçı kənd sakini, 35 yaşlı Samir Ədalət oğlu Mirzəyevi yolu keçmək istəyən zaman \”VAZ-21011\” markalı avtomobil vurub. Ağır yaralanan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin ayaqlarından birinin amputasiya olunması gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az