Göyçayda 25 yaşlı oğlan intihar edibbackend

Göyçayda 25 yaşlı oğlan intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şəhadət kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü İbrahimli Rəfael Əfrayıl oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

İnterpress.az