Azərbaycan ATƏT-lə insan alverinə qarşı mübarizə üzrə əməkdaşlığı davam etdirməyə hazırdırbackend

Azərbaycan ATƏT-lə insan alverinə qarşı mübarizə üzrə əməkdaşlığı davam etdirməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın xəbərinə görə, bu, Azərbaycanın Avstriyadakı səfirliyinin nümayəndə heyətinin ATƏT-in insan alverinə qarşı mübarizəyə dair iclasındakı xüsusi bəyanatında qeyd edilib.

Bəyanatda bildirilib ki, Azərbaycan nümayəndə heyəti ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi və koordinatoru Madina Carbusınovanın Azərbaycan hökuməti ilə bu sahədə yüksək əməkdaşlığını qiymətləndirir: “Biz ATƏT-in müvafiq qurumları və strukturlarını Madina Carbusınova tərəfindən ATƏT regionunda ümumi təhlükəsizliyimizə kömək edə biləcək bu nümunəyə riayət etməyə çağırırıq.

Azərbaycan nümayəndə heyəti ATƏT-in ərazisində və kənarda insan alveri ilə mübarizədə miqyas və problemlərin sayının artmasından narahatlığını bölüşür. Bu problem miqrasiya böhranı ilə əlaqədar getdikcə pisləşir. Biz insan alverinin qarşısını almaq üçün səylərin gücləndirilməsi və cinsi istismar da daxil olmaqla, uşaq alverinin bütün formalarına qarşı mübarizə aparmaqla bağlı yeni qəbul edilmiş qərarları alqışlayırıq. İnsan alverinə həssas insanlar üçün məlumatlandırma tədbirləri, insan alveri ilə məşğul olan müxtəlif sosial-iqtisadi faktorların aradan qaldırılmasına dair təşəbbüslər daha da gücləndirilməlidir.

Qurbanların kompensasiya və kimliklərinin açıqlanmaması hüquqları insan alverinin qarşısının alınması və qurbanların müdafiəsi üçün effektiv strategiyanın tərkib hissəsi olmalıdır\”.

Bəyanatda vurğulanıb ki, Azərbaycan insan alveri ilə mübarizə sahəsində ATƏT-in Baş Ofisi birlikdə qurulmuş səmərəli əməkdaşlığı davam etdirməyə hazırdır.

İnterpress.az