Taksi sürücüsü müştərini döydübackend

Taksi sürücüsü müştərini döydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Ölkə.Az\”- ın əldə etdiyi məlumata görə, hadisə rayonun Rəsul Rza küçəsində qeydə alınıb.

Kamran Əlimuradov adlı şəxs Nəsimi Rayonu Polis İdarəsi 22-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı taksi sürücüsü tərəfindən müxtəlif bədən xəsarətlərinə məruz qalıb.

Polis bölməsində zərərçəkmişin izahatı alınıb və xəsarət dərəcəsini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda polis bölməsinin əməliyyatçıları naməlum taksi sürücüsünü müəyyənləşdirməkdən ötrü əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

İnterpress.az