Kseniya Sobçak Putini biabır etdibackend

Kseniya Sobçak Putini biabır etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkə.Az” xəbər verir ki, teleaparıcı bildirib ki, seçkilərdə iştirak etməyə qərarlıdır. Onun sözlərinə görə, seçkilərdə namizədliyini təkcə müxalifətçi bloqer Aleksey Navalnının xeyrinə götürə biləcəyini deyib.

“İnsanların komandiri, rəhbəri və ya başçısı olmadıqda, onlarla söhbət etmək çox çətin olur. Lakin mən əminəm ki, biz bu etapı keçə biləcəyik. Mən Rusiyanın inkişafını istəyən hər kəslə birləşmək istəyirəm. Buna misal olaraq, bloqer Aleksey Navalnı göstərə bilərəm. Əgər o, seçkilərdə namizədliyini irəli sürərsə, mən onu dəstəkləməyə hazıram”, – deyə Kseniya Sobçak bildirib.

Teleaparıcı çıxışı zamanı Rusiya prezidenti Vladimir Putini sərt tənqid edib və onun yenidən rəhbər olmasını fəlakət adlandırıb.

Qeyd edək ki, 2018-ci ildə Rusiya prezidentliyinə namizədliyini irəli sürmək istəyən tanınmış teleaparıcı Kseniya Sobçak dəfələrlə Putini tənqid edib. Hətta o, ABŞ-ın Putin və onun ətrafına qarşı qadağaları dəstəklədiyini bildirib.

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək. Seçki kampaniyası dekabr ayında başlamalıdır.

İnterpress.az