Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Eldar Mahmudovla Çovdarov üzləşdirildi

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov bu gün yenidən istintaqa çağırılıb.

Dərc edilib: 16 dekabr 2017 [22:23]
Baxış sayı: 3883

İnterpress.az “Azpolitika.info”ya istinadən xəbər verir ki, Mahmudov əvvəlki günlərdən fərqli olaraq bir neçə saatlıq dindirmədən sonra buraxılmayıb, o, səhər saat 9-dan etibarən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilir.

Sayt bildirir ki, Eldar Mahmudovu idarədən günorta cəmi 1 saatlıq nahara buraxıblar. Günün ikinci yarısında onun idarədə MTN-in keçmiş idarə rəisi Akif Çovdarovla üzləşdiriləcəyi gözlənilirdi.

Məlumata görə Eldar Mahmudov oğlu Anar Mahmudovun biznesi və ölkədən xaricdəki hesablara 1 milyard dollar çıxarması ilə bağlı dindirilir. Lakin bu, Mahmudovun işində epizodlardan biridir. O, keçmiş köməkçisi və yaxın qohumu, hazırda həbsdə olan Vüqar Mahmudovun işi üzrə də dindirilir.

Qeyd olunur ki, E.Mahmudov artıq keçmiş köməkçisi ilə üzləşdirilib.

Xatırladaq ki, son günlər Eldar Mahmudovun dindirilməsi intensivləşib. O, dünən də istintaqa çağırılmışdı və axşam saat 21.00-ə qədər dindirilib. Mənbələr bildirirlər ki, bu gün Mahmudova istintaqda verilən suallar daha mürəkkəb olduğundan o, olduqca gərgin imiş. Dindirmənin intensivləşməsi Mahmudovun yaxın günlərdə əllərinin qandallanacağını təxmin etməyə əsas verir.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112