Tez-tez selfi çəkmək ruhi xəstəlikdir, yoxsa…backend

Tez-tez selfi çəkmək ruhi xəstəlikdir, yoxsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The Daily Telegraph” qəzeti yazır ki, “Selfitis” termini, çox selfi çəkənlər üçün ilk dəfə 2014-cü ildə işlədilib. Həmin vaxt Amerika Psixiatriya Mərkəzi bu meyli xəstəlik kimi qiymətləndirməyi təklif edib.

Nottingem Trent Universiteti və Hindistandakı “Tiagaracar” İnstitutu da bu vərdişin xəstəliyə çevrilib-çevrilmədiyini araşdırıb.

Aparılan araşdırmalar nəticəsində “Selfitis”in ruhi pozuntu olması nəticəsinə gəlinib və xəstəliyin ciddiliyinin qiymətləndirilməsi üçün Selfitis Davranış Şkalası yaradılıb.

Şkala 1-100 arası dəyişir. Araşdırmada 200 nəfər iştirak edib və göstəricilər daha sonra 400 nəfərdə sınaqdan keçirilib.

İştirakçılar Hindistandan olub. Çünki ən çox selfi çəkən və təhlükəli yerlərdə selfi çəkərkən ölənlərin çoxu Hindistandandır.

Beynəlxalq Ağıl Sağlamlığı və Asılılıq jurnalında dərc olunan nəticələrə görə, “Selfitis”in üç səviyyəsi müəyyən edilib:

Sərhəddə olanlar: gündə ən az 3 dəfə selfi çəkənlər, amma hamısını sosial mediaya qoymayanlar.

Kəskin: Gündə ən az 3 selfi çəkib hər birini sosial mediaya qoyanlar.

Xroniki: Selfi çəkmək üçün nəzarət edilə bilməyən bir istək duyan, həddən artıq selfi çəkən və gündə ən az 6 dəfə sosial mediada bölüşənlər.

Özünəinam əskikliyi, diqqətçəkmə istəyi

Notthingem Trent Universitetinin Psixologiya fakültəsindən Dr. Canartanan Balakrişnan deyir ki, \”Adətən bu vəziyyətdə [Selfitis] olanlarda özünəinam əskikliyi olur və öz çevrələrində qəbul edilmə istəyi yaranır\”.

Dr. Balakrişnan əlavə edib ki, \”Bu narahatlığın varlığı təsdiq edilib, indi insanların nə üçün və necə belə davrandıqlarını və bu vəziyyətdən ən çox əziyyət çəkənlərə necə kömək ediləcəyini tapmaq lazımdır\”.

Lakin Londondakı Kral Kolleci Universitetinin Psixologiya Fakültəsinin professoru Simon Uesseli isə selfi çəkməyin xəstəlik olması ideyasına şübhə ilə baxır:

\”Araşdırma selfi çəkənlərin ruhi durumlarının yaxşılaşdığını, diqqətləri üzərilərinə çəkdiklərini, özünəinamlarını artırdığını və ətraf mühit ilə əlaqə qurduqlarını göstərir\”.

Kral Kolleci Psixiatriya qurumundan Dr. Mark Sleyter da \”Selfitis deyə bir şey yoxdur və olmamalıdır\” deyir:

\”Qarışıq və mürəkkəb insan davranışlarını tək bir kəlmə ilə yarlıqlama meyli var. Amma bu təhlükəli və həqiqi olmayan bir şeyə həqiqət kimi bir məna yükləyə bilər\”. (bbc)

İnterpress.az