Azərbaycanlı Aytən erməni Kima ilə duet oxudu – VİDEObackend

Azərbaycanlı Aytən erməni Kima ilə duet oxudu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az haqqin.az-a istinadən xəbər verir ki, videoda mahnını Rusiyada yaşayan Kima Xudoyan rəfiqəsi Aytənlə birgə ifa edir.

Erməni qruplarından birinin isə İnstaqram səhfəsində qızların ifasını paylaşması müzakirəyə səbəb olub. Videoya edilən şərhlərdə erməni istifadəçiləri \”Halaldı\”, \”yeni nəsil nifrət və intiqam yükü olmadan böyüməlidir\”, \”pis millət yoxdur, pis insanlar var\”, \”İranda ermənilər və azərbaycanlılar çox yaxşı dostluq edirlər bu Rusiyada da mümkündür\” – deyə qeyd ediblər.

Xudoyan xoş sözlər üçün izləyicilərə təşəkkür edib. Düzdür, videonun altında fərqli şərhlər də yer alıb. Belə ki, erməni istifadəçilərindən biri paylaşıma \”Yalnız ermənilər dostluq haqqında danışırlar! Bu haqda azərbaycanlılardan soruşun, bəlkə sizinlə dost olmaq istəmirlər? \” – deyə şərh verib.

İnterpress.az