Bakıda hamamda qadını döydülərbackend

Bakıda hamamda qadını döydülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az lent.az-a istinadən xəbər verir ki, polisin 102 xidmətinə telefonla müraciət edən 1983-cü il təvəllüdlü Elvira Əkbərova (ad şərtidir) bildirib ki, gecə saat 01:40 radələrində Babək prospektində yerləşən hamam kompleksində Arzu adlı şəxs onu xuliqanlıq zəminində döyüb.

Şikayətçi qadın həmin şəxsi əvvəlcədən tanıdığını əlavə edib. O, dava-dalaşın hansı səbbədən baş verdiyini deməsə də, polis bölməsinə gedərək yazılı formada şikayətini təsdiq edib.

Araşdırma aparılır.

İnterpress.az