“VKontakte” şəbəkəsində mərhum insanların hesabları Putini tərifləməyə başlayıbbackend

“VKontakte” şəbəkəsində mərhum insanların hesabları Putini tərifləməyə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərif səciyyəli postlar adətən şəbəkənin regional və peşə sahəsi zəminində yaradılmış qruplar daxilində aparılan yazışmalarda peyda olur.

Putinin ünvavına tərif postu paylaşmış hesablardakı mövcud yazılardan isə məlum olur ki, həmin hesabların sahibləri artıq vəfat dib.

Belə ki, həmim adamlar uzun müddətdir ki, görsənmir, dost-tanış və qohumlarının yazdığı postlardan isə, belə nəticə çıxır ki, onlar artıq dünyasını dəyişib.

\”VKontakte\” şəbəkəsinin mətbuat xidmətindən \”Danışır Moskva\” radiostansiyasına belə halların baş verdiyini təsdiqləyiblər.

\”VKontakte\” bildirb ki, qeyd olunan hesablar yarılıb.

Şübhəli məlumatları ötürən hesablar hazırda bloklanıb.

\”Mediazona\” nəşrinə əsasən, Putinə tərif bildirən postlardan bəziləri \”Vahid Rusiya Gənclər Qvardiyası\” loqotipi ilə bəzədilibmiş.

Lakin təşkilatın özündə, loqotipindən Putinin təbliğatı üçün istifadə edilməsi xəbərini şərh etməyiblər.

Vladimir Putinin ünvanına tərif səciyyəli postlar, dekabrın 14-dən, Rusiya prezidenti mətbuat konfransı keçirdiyi gündən peyda olmağa başlayıb,

Xəbərdə qeyd olunur ki, Putinə aid tərif postlarının yalnız bir qismi mərhum şəxslərin səhifəsindən göndərilib, qalan postların müəllifləri sağdır. (bbc)

İnterpress.az