“Trend” BİA Azərbaycan Banklar Assosiasiyasının mükafatına layiq görülübbackend

“Trend” BİA Azərbaycan Banklar Assosiasiyasının mükafatına layiq görülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Trend-ə istinadən xəbər verir ki \”Bank mükafatları – 2017\” mükafatlandırma mərasimi ötən gün Bakıda keçirilib.

Tədbirdə bankların, beynəlxalq maliyyə təşkilatlarının, dövlət strukturlarının, KİV-lərin, eləcə də Banklar Assosiasiyasına daxil olan ekspert qrupların nümayəndələri iştirak ediblər.

Mükafatlar \”Korporativ sosial məsuliyyət\”, \”Maliyyə savadlılığına ən fəal dəstək\”, \”Təhsilə ən fəal dəstək\”, \”Qızıl tərəfdaş\”, \”Media tərəfdaşı\” və \”Ən fəal ekspert qrupu\” nominasiyalarında təqdim edilib.

Mükafatları alanlar arasında Beynəlxalq Maliyyə Korporasiyası (IFC), İsveçrənin iqtisadi məsələlər üzrə Dövlət katibliyi (SECO), Almaniyanın beynəlxalq əməkdaşlıq üzrə əmanət kassaları Fondu, Vergilər Nazirliyi, \”Ernst & Young\”, \”Altair\” MMC, \”Antaris\” MMC, \”AccessBank\”, \”PAŞA Bank\”, \”Azər Türk Bank\”, \”Kapital Bank\”, VTB (Azərbaycan) və digərlərinin nümayəndələri yer alıb.

"Trend" BİA Azərbaycan Banklar Assosiasiyasının mükafatına layiq görülüb

İnterpress.az