Bakıda psixotrop maddə satan və alan şəxslər tutulubbackend

Bakıda psixotrop maddə satan və alan şəxslər tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-dən İnterpress.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Tamıyev saxlanılıb. Polis İdarəsində baxış zamanı ondan güclü psixotrop təsirə malik 20 ədəd “Metamfetam” həbləri aşkar edilərək götürülüb. Əməliyyat tədbirləri ilə onun bu psixotrop tərkibli dərmanları əldə etdiyi mənbə də müəyyən edilib.

Görülmüş tədbirlərlə şübhəli bilinən Bakı şəhər sakini Fuad Hüseynov da saxlanılıb. Baxış zamanı ondan 0,157 qram heroin və güclü psixotrop təsirə malik 27 ədəd “Tramadol”, 8 ədəd “Lirika” və 1 ədəd “Metadon” həbləri aşkar edilərək götürülüb.

İnterpress.az