Bakı metrosunda oğurluq edənlər tutuldubackend

Bakı metrosunda oğurluq edənlər tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən İnterpress.az-a verilən xəbərdə bildirilir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Dilrubə Sadətdinli, Neftçala rayon sakini Fatimə Yunusova və Bərdə rayon sakini Nigar Vəliyeva metronun “Elmlər Akademiyası” və “Həzi Aslanov” stansiyalarında pul və sənədləri olan pulqabılarının oğurlanmaları barədə məlumat veriblər.

Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə cinayətin üstü qısa vaxtda açılıb və bu əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Xırdalan şəhər sakini Hüseyn Quliyev olması müəyyən edilib.

İnterpress.az