Ata 41 yaşlı oğlunu bıçaqladıbackend

Ata 41 yaşlı oğlunu bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ARB Şəki-yə istinadən xəbər verir ki, gecə saatlarında rayonun Qazma kənd sakini 41 yaşlı Vüqar Əhmədov bıçaqlanma xəsarəti ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

Bədənin qarın nahiyəsinin kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olan Vüqar Əhmədovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
İlkin məlumata görə hadisə Vüqar Əhmədovun yaşadığı ünvanda baş verib. Vüqar Əhmədovla atası – 64 yaşlı, əvəllər məhkumluq həyatı yaşayan Loğman Əhmədov arasında ailə münaqişəsi zəmnində mübahisə baş verib. Mübahisə zamanı Loğman Əhmədov oğlu Vüqarı bıçaqlayıb. Hadisəni törətməkdə şübhəli sayılan Loğman Əhmədov saxlanılıb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

İnterpress.az