Şamaxıda qatı duman qəzaya səbəb oldu – Yaralı varbackend

Şamaxıda qatı duman qəzaya səbəb oldu – Yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Balakən rayon sakininin idarə ediyi \”62-BK-829\” dövlət qeydiyyat nişanlı \”VAZ-2107\” markalı avtomobil qarşı tərəfdən gələn Qobustan rayon sakininin sükanı arxasında olduğu \”90-HD-208\” dövlət qeydiyyat nişanlı \”VAZ-21010\” markalı maşınla toqquşub.

Qəza zamanı ikinci avtomobildə olan sərnişin, 1962-ci il təvəllüdlü Zaqatala rayon Yuxarı Çardağlar kənd sakini Gülayeva Laləndə Davud qızı yaralanıb. O, \”təcili yardım\” avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralı kəllə-beyin travması ilə Cərrahiyyə şöbəsinə daxil olub, vəziyyəti orta-ağırdır.

İlkin məlumatlara görə, qəzaya qatı duman səbəb olub.

Faktla bağlı araşdırma aparılır. (report)

İnterpress.az