Qış fəslinin QİDA RASİONUbackend

Qış fəslinin QİDA RASİONU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Modern.az-a istinadən mövzu ilə bağlı yazını təqdim edir.

1. Sorbalar

Mütləq şəkildə ailə menyunuzda duru xörəklər olmalıdır. Şorbalar bədəni qızdırır, orqanizmin normal temperaturunu təmin edir. Daha çox çuğundur, kök, kartof və kələmlə hazırlanmış şorbalara üstünlük verilməlidir.

2. Ət məhsulları

Soyuq havada ət məhsullarını, xüsusilə, qoyun və hinduşka ətini ən yaxşı qida məhsulu saymaq olar. Ətdə olan zülal enerjini artırır, hinduşka ətində olan triptofan isə qış və soyuq hava stressinə qarşı ən yaxşı vasitədir. Pəhriz saxlayanlar soyuq havalarda bir neçə günlüyə pəhrizlərini dayandıra bilərlər.

3. Ədviyyatlar

Darçın, zəncəfil, süyüd, istiot kimi ədviyyatlar yeməklərə xüsusi dad verməklə yanaşı soyuq havalarda köməyə çatan ən təsirli vasitələrdir. Belə ki, bu ədviyyatların tərkibindəki maddələr qan dövranını yaxşılaşdırır və bunun nəticəsində də orqanizmdə istilik yaranır. Soyuq havalarda nanə, zəncəfil, keşnişdən istifadə etmək məsləhət görülmür.

4. Meyvələr

Qış fəslində daha çox şirin meyvələrə, üzüm, banan, armud və şirin almaya üstünlük verilməlidir. Sitrus meyvələri, xüsusilə portağal və narıngi əks effekti verir. Bu meyvələrin həvəskarları müvəqqəti olaraq sitrus bitkilərindən imtina etməlidirlər.

5. Çay

Yəqin ki, heç kim soyuq qış günlərində pürrəngi çaydan imtina etməz. Çay damarları genişləndirmək və bədənin temperaturunu artırmaq xüsusiyyətinə malikdir.

Özünüzü soyuq havalardan qoruyun ki, qarşıdan gələn baharı, ilıq nəfəsli yaz günlərini sağlam və gümrah qarşılaya biləsiniz.

İnterpress.az