58 yaşlı kişi özünü asdı – TƏFƏRRÜATbackend

58 yaşlı kişi özünü asdı – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda 58 yaşlı kişinin intiharının təfərrüatı məlum olub.

Ləcət kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Xanlar Bağırovun səhhətində heç bir problemi olmayıb:

“Ailəsi, uşaqları var. Kasıb adam idi, güclə dolanırdı. Heç yerdə işləmirdi. Üstəlik, hər hansı bir iş qabiliyyəti də yox idi, bacarmırdı. Buna görə də son vaxtlar həddən artıq içirdi. Səhər tezdən qoyunu örüşə buraxanda girib tövləyə, özünü asıb. Qonşular görəndə ki Xanlar yoxdur, səsləyiblər. Həyat yoldaşı onu axtaranda qoyun tövləsindən asılı vəziyyətdə tapıb. Meyitini ekspertizaya götürəndə gördük ki, corablarında bir dənə də olsun deşik, yamaq yoxdur. Deməli, Xanlara ailəsi yaxşı baxırmış”.

Xatırladaq ki, Xaçmaz rayonunda intihar faktı qeydə alınıb. Rayonun Ləcət kənd sakini, 1959-cu il təvəllüdlü Bağırov Xanlar Əli oğlu özünü yaşadığı evin həyətindəki tövlədə asaraq öldürüb.

***

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Ləcət kəndində 1959-cu il təvəllüdlü Bağırov Xanlar Əli oğlu özünü yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə asaraq öldürüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar aparılır.

İnterpress.az