“Düzgün davranış – sağlam mühit” adlı tədbir keçirilibbackend

“Düzgün davranış – sağlam mühit” adlı tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, layihənin ilk günü millət vəkili Adil Əliyev, İnnovativ Biznes İnkubatorun, Layihələr və Kommunikasiya Departamentinin rəhbəri Nihad Allahyarlı, tanınmış psixoloq Fidan Azərqızı və Cənab Prezident İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülmüş, cudo idman növündə təmsil olunan, gənc idmançı Orxan Səfərov məktəbin qonağı olmuşdur. Şagirdlərlə görüşdə sağlam qidalanma, zərərli vərdişlər və idmanın üstünlükləri kimi mövzularda çıxışlar olmuşdur.

Layihənin ikinci günü isə, profesional təlimçi Nicat Mehrəliyev, layihə iştirakçılarına “Sağlam bədən, sağlam gələcək” adlı qeyri formal təhsil formatında hazırlanmış, təlim həyata keçirmişdir. Böyük maraqla qarşılanan təlimin sonunda iki komandaya bölünən iştirakçılar, mövzu ilə bağlı təqdimat hazırlayıb və təqdim ediblər.

İnterpress.az